Abxaziyanın keçmiş "prezidenti"nin harada olduğu üzə çıxdı
Bu həftə istefa verən Abxaziyanın keçmiş "prezidenti" Aslan Bjaniya respublikanı tərk edib.
Xeberlent.az xəbər verir ki, bu barədə siyasətçi TASS-a açıqlamasında deyib.
"Mən hazırda Abxaziyada deyiləm", - deyə eks-prezident qeyd edib.
O, Moskvaya uçub və Rusiya paytaxtında nə qədər qalacağını açıqlamayıb.